9 Dekabr 11:52 “Bir-birimizi başa düşə bilmirik” – Vüqar Nadirov
FUTBOL xəbərləri 9 Dekabr 11:52
3434 baxış

“Bir-birimizi başa düşə bilmirik” – Vüqar Nadirov

“Çox güclü rəqibə qarşı mübarizə apardıq. Buna baxmayaraq, yaxşı çıxış etdiyimizi düşünürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Səbail” klubunun hücumçusu Vüqar Nadirov deyib.

 

Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış matçda “Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.

 

Bununla belə, Nadirov yaxşı oyun nümayiş etdirdiklərini düşünür: “Qarabağ” çox güclü komandadı. Amma bundan qorxmadıq və təhlükəli hücumlar qurduq. Birinci hissədə rəqiblə başabaş mübarizə apardıq. Təəssüf ki, ikinci hissədə bunun davamını gətirə bilmədik. Bu gün bizdə yalnız təcrübə çatmadı. Yeni yaranmış komandayıq. Turdan-tura daha yaxşı çıxış etdiyimizi düşünürəm”.

 

Matçın əvvəllərində qapıçı ilə təkbətək şansı əldən verən millimizin sabiq üzvü bunu qırılma anı kimi dəyərləndirir: “Həmin epizodda top qapıdan keçsəydi, nəticə başqa cür olardı. Komandada anlaşma hələ istənilən səviyyədə deyil. Bu da yeni kollektiv olmağımızla əlaqəlidi. Hücum qurarkən bir-birimizi başa düşə bilmirik. Ancaq zamanla bu problemin yoluna qoyulacağını düşünürəm”.

 

30 yaşlı futbolçu mövsümün ilk yarısını 6-cı pillədə başa vurmalarını uğursuz nəticə hesab etmir: “Səbail” Premyer Liqada debüt edən komandadı. Məncə, ilk yarını yaxşı keçirdik. Bəzi görüşlərdə bəxtimiz gətirmədi. Ancaq ümumilikdə yaxşı hesab etmək olar. Bir-birimizi tam başa düşdükdən sonra daha güclü olacağıq”.

Xəbər lenti