“Təəccübləndiyimi demirəm, amma "Bayer"in məğlubiyyətsizlik seriyasının davam etdiyinə şadam".
Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qolkiperi Andrey Lunyov sabiq komandası "Bayer"in məğlubiyyətsizlik seriyası ilə bağlı danışarkən deyib.
"Təbii ki, mövsümdən əvvəl “Bayer”in belə bir seriya yaşayacağını gözləmirdim. Amma komandanın ən yüksək yerlər uğrunda mübarizə aparacağını düşünürdüm”, – deyə rusiyalı qapıçı bildirib.
Xatırladaq ki, "Bayer" ardıcıl məğlubiyyətsiz matçların sayına görə "Benfika"nın 48 oyunluq rekordunu yeniləyib. Avropa Liqasının 1/2 finalında “Roma” ilə görüş Almaniya təmsilçisinin uduzmadığı 49-cu matç olub.
- Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
- Yoxlama matçı: "Turan Tovuz" "Fatih Karagümrük"ə qarşı
- Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq