[b]Boatenq İtaliyaya köçə bilər[/b]
18.06.2018 - 20:20
[b]Boatenq İtaliyaya köçə bilər[/b]

“Bavariya”nın müdafiəçisi Jerom Boatenq karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Yuventus” ulduz futbolçunun xidmətində maraqlıdı.

Turin təmsilçisi 30 yaşlı oyunçunu bir il müddətinə icarəyə götürmək istəyir. “Yuve” qarşı tərəflə danışıqlara artıq start verib. İtaliya çempionu bir ildən sonra Boatenqi 30 milyon avro müqabilində transfer etməyi təklif edib.

Qeyd edək ki, ötən mövsüm Bundesliqa 19 matçda iştirak edən Jerom Boatenq hazırda Almaniya yığmasının heyətində dünya çempionatında mübarizə aparır.

0