17 Aprel 13:46 “Borussiya” baş məşqçisini dəyişir
FUTBOL xəbərləri 17 Aprel 13:46
356 baxış

“Borussiya” baş məşqçisini dəyişir

Dortmund “Borussiya”sı mövsümün sonunda baş məşqçi dəyişikliyinə əl atacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi hazırkı çalışdırıcı Peter Ştögerin fəaliyyətindən narazıdı.

 

Bundesliqanın geridə qalan turunda “Şalke”yə məğlubiyyət (0:2) “Borussiya”nı turnir cədvəlində 4-cü pilləyə yuvarladıb. Mövsümün sonunda Ştögerlə yollarını ayıracaq dortmundlular artıq yeni baş məşqçini də tapıblar. Rəhbərlik bu posta “Nitsa”nın çalışdırıcısı Lüsyen Favreni gətirmək niyyətindədi.

 

Qeyd edək ki, Lüsyen Favre Almaniyada “Herta” və Mönhenqladbax “Borussiya”sında işləyib.

Xəbər lenti