11 Oktyabr 20:20 “Bu, qarşıdakı matçlarda bizə problem yarada bilər” – Alesio da Silva
FUTBOL xəbərləri 11 Oktyabr 20:20
2245 baxış

“Bu, qarşıdakı matçlarda bizə problem yarada bilər” – Alesio da Silva

“Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Araz”ın baş məşqçisi Alesio da Silva deyib.

 

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirən “Araz” Bosniya və Herseqovina çempionu ilə qarşılaşmadan 5:2 hesablı qələbə ilə ayrılıb.

 

Qarşılaşmadan sonra təmsilçimizin braziliyalı baş məşqçisi oyunla bağlı AFF-nin facebook səhifəsinə fikrini bildirib: “Çətinliyə baxmayaraq, vacib olan qələbəni qazandıq. Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Bu da qarşıdakı matçlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.

Xəbər lenti