11 Oktyabr 21:53 Buffon idman naziri olacaq?
FUTBOL xəbərləri 11 Oktyabr 21:53
466 baxış

Buffon idman naziri olacaq?

Əfsanəvi qapıçı Canluici Buffon nazir ola bilər. Apasport.az saytının məlumatına görə, bu barədə italiyalı yazıçı Vittorio Skarbi açıqlama verib.

 

O, bildirib ki, təmsil etdiyi “İntibah” partiyası seçkilərdə qalib gəlsə, 39 yaşlı qapıçını idman naziri təyin edəcək.

 

“Əgər biz seçkilərdə qələbə qazansaq, Buffon yeni nazir olacaq. O, bütün kriteriyalara sahibdi. Tezliklə karyerasını bitirəcək, incəsənət və siyasətlə maraqlanır. O özü də bizim təklifimizə isti yanaşır” – deyə Skarbi bildirib.

 

Qeyd edək ki, Canluici Buffon hazırda “Yuventus”un və İtaliya millisinin əsas qapıçısıdır.

Xəbər lenti