[b]“Çelsi” Kurtuaya əvəzləyici tapdı[/b]
22.07.2018 - 15:28
[b]“Çelsi” Kurtuaya əvəzləyici tapdı[/b]

“Çelsi”nin qapıçısı Tibo Kurtua karyerasını “Real”da davam etdirməyə hazırlaşır. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, London klubu artıq yeni qapıçı axtarışlarına başlayıb.

 

“Zadəganlar”ın çərçivə üçün düşündüyü ilk oyunçu “Everton”un qapıçısı Cordan Pikforddu. İngiltərə millisinin heyətində dünya çempionatında parlaq çıxışla diqqət çəkən 24 yaşlı qolkiperlə danışıqlara artıq start verilib. Pikford özü də böyük klublardan birinə keçmək niyyətindədi.

 

Qeyd edək ki, Cordan Pikford “Everton”a ötən il “Sanderlend”dən keçib.

0