[b]“Çelsi” - “Mançester Siti” “savaşı”[/b]
21.07.2018 - 23:32
[b]“Çelsi” - “Mançester Siti” “savaşı”[/b]

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “Barselona”dan sonra Premyer Liqanın daha 2 üzvü ulduz futbolçunun xidmətində maraqlıdı.

 

Söhbət “Mançester Siti” və “Çelsi”dən gedir. Hər iki klub Turin təmsilçisinə bu istəyini çatdırıb. Maraqlıdı ki, həm “şəhərlilər”, həm də “zadəganlar” keçid müqabilində qarşı tərəfə 80 milyon avro təklif edib. Lakin “Yuve” onu 100 milyon avrodan ucuz qiymətə satmaq niyyətində deyil.

 

Qeyd edək ki, Miralem Pyaniç “Yuventus”a 2016-cı ildə “Roma”dan keçib.

0