[b]DÇ-2018: Almaniya və İspaniyanın səfər formaları internetə “sızdı” - FOTOLAR[/b]
13.02.2018 - 19:39
[b]DÇ-2018: Almaniya və İspaniyanın səfər formaları internetə “sızdı” - FOTOLAR[/b]

DÇ-2018-də çıxış edəcək Almaniya və İspaniya millilərinin yeni formalarının fotoları internetdə yayımlanıb. Apasport.az saytının məlumatına görə, hər iki yığmanın mundialda çıxış edəcəkləri əsas dəstlər daha əvvəl nümayiş etdirilsə də, bu dəfə səfər formaları ortaya çıxıb.

 

Son dünya çempionu “bundestim” ikinci forma kimi yaşıl rənglərin üstünlük verildiyi dəstdən yararlanacaq. Köynəyin üstündə isə qara və boz rəngli ornamentlər olacaq.

 

İspaniya millisi isə ağ əsaslı narıncı cizgiləri olan köynəkdə meydana çıxacaq.

 

Qeyd edək ki, hər iki formanı “Adidas” hazırlayıb.

 

İSPANİYA

 

ALMANİYA

0