"Arsenal” 3 müdafiəçi ilə maraqlanır
07.05.2024 - 12:15
"Arsenal” 3 müdafiəçi ilə maraqlanır

İngiltərə Premyer Liqa təmsilçisi olan “Arsenal” yay “transfer pəncərəsi”ndə müdafiə xəttini gücləndirmək istəyir. 

Apasport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bir neçə oyunçu klub rəhbərliyinin maraq dairəsinə düşüb.

“Arsenal”ın radarına düşən futbolçular arasında Murillo (“Nottingem Forest”), Cerred Brentveyti (“Everton”) və Jorrell Hatonun (“Ayaks”) adı var. 

Qeyd edək ki, bu mövsüm “Arsenal” çempionluq titulu uğrunda “Mançester Siti” ilə mübarizə aparır.

0