“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne məhsuldar ötürmə ilə bağlı göstəricisini bir qədər də yaxşılaşdırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu Premyer Liqanın XXVII turunda “Lester”lə qarşılaşmada 3 assistlə yadda qalıb.
Bu mövsüm meydana çıxdığı 37 görüşdə 11 qol və 18 məhsuldar ötürməyə imza atan belçikalı 2012-ci ilin avqust ayından bəri Avropada ən çox qol ötürməsi verən futbolçularının sıralamasında liderliyə yüksəlib. Assist sayını 77-yə çatdıran “şəhərlilər”in lideri bununla “Barselona”nın superulduzu Lionel Messini də geridə qoyub.
Qeyd edək ki, “Mançester Siti” – “Lester” oyunu meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnib.
2012-ci ildən bəri ən çox assist edən oyunçular:
1. Kevin De Bruyne (“Mançester Siti”) - 77
2. Lionel Messi (“Barselona”) – 76
3. Sesk Fabreqas (“Çelsi”) – 65
4. Luis Suares (“Barselona”) – 64
5. Anxel Di Mariya (PSJ) – 64
6. Dmitri Paye (“Marsel”) – 62
7. Məsut Özil (“Arsenal”) – 62
8. Koke (“Atletiko”) – 57
9. Kriştianu Ronaldo (“Real”) – 56
10. Tomas Müller (“Bavariya”) - 55