27 May 20:22 Əfran İsmayılovla maraqlanan klub bəlli oldu
FUTBOL xəbərləri 27 May 20:22
1248 baxış

Əfran İsmayılovla maraqlanan klub bəlli oldu

Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovu heyətinə qatmaq istəyən klubun adı məlum olub. Apasport.az saytı xəbər verir ki, “Qarabağ”ın yollarını ayırdığı futbolçuya Topaz Premyer Liqasının klublarından biri elçi düşüb.

 

İsmayılovun ölkə xaricindən təkliflər alması barədə xəbərlər yayılsa da, yarımmüdafiəçi “Sabah”a keçməyə yaxındı. Premyer Liqaya yüksəldiyi üçün heyətini gücləndirmək istəyən debütant təcrübəli yarımmüdafiəçinin xidmətində maraqlıdı.

 

Qeyd edək ki, Premyer Liqada 210 oyunda 36 qol vuran yarımmüdafiəçi başa çatan mövsümdə daha çox ehtiyatda qalıb. O, 28 turda cəmi 13 matça çıxıb.

Xəbər lenti