[b]Filip Ozobiçə rəqib - FOTO[/b]
19.04.2018 - 11:51
[b]Filip Ozobiçə rəqib - FOTO[/b]

Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, buna yarımfinal mərhələsinin cavab qarşılaşmaları səbəb olub.

 

“Qəbələ”nin futbolçusu Baqali Dabo səfərdə “Neftçi”nin qapısına 2 qol vurub. Hücumçu bununla da hesabını 3 topa çatdırıb və kubokun bombardirləri cədvəlində 2-ci yerə şərik çıxıb.

 

Daniel Seqoviya “Neftçi”də, Mirsahib Abbasov “Keşlə”də, Amil Yunanov “Sumqayıt”da eyni sayda qola imza atıb. Lakin bu üçü oyunçu üçün turnir başa çatıb. Amilin komandası mübarizəni dayandırıbsa, Mirsahib bu aqibəti 1/4 finalda yaşamış “Zirə”yə keçib, Daniel isə ölkəmizi tərk edib.

 

Bu da o anlama gəlir ki, 2-ci yer sahiblərindən yalnız Dabo bombardir adına iddiasını qoruyur. Siyahının ilk pilləsində isə onun komanda yoldaşı Filip Ozobiç qərarlaşıb. Xorvatiyalının hesabında 4 top var və ən yaxın izləyicisini cəmi 1 qol qabaqlayır.

 

Düzdü, hesabında 2 top olan 6 futbolçu finala çıxan klublarda çıxış edir. Bu oyunçulardan 5-i mayın 28-də dubla imza atsa, Filipə çatacaq. Cəzalı Ruslan Qurbanov isə belə imkandan məhrumdu. Pərdis Fərcad-Azad, Rafael Məhərrəmli və Sezar Meza Kolli “Keşlə”nin, Stiven Monrozla Cavid Hüseynov “Qəbələ”nin heyətində bombardir olmaq üçün finalda məhsuldarlıq göstərməlidi.

0