5 Noyabr 15:36 Gəncədə penalti ləğv olundu: Rəhim Həsənov həyati səhvdən döndü - VİDEO
FUTBOL xəbərləri 5 Noyabr 15:36
4343 baxış

Gəncədə penalti ləğv olundu: Rəhim Həsənov həyati səhvdən döndü - VİDEO

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” oyununda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, görüşün 17-ci dəqiqəsində baş hakim verdiyi qərarla diqqət mərkəzinə düşüb.

 

Həmin dəqiqədə “Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadədən topu oğurlayan “Kəpəz”li Osegeyl qapıçı ilə təkbətək çıxıb. Şehiçi keçmək istərkən yıxılan futbolçunun hərəkətini matçın baş hakimi Rəhim Həsənov penalti kimi dəyərləndirib. Bosniyalı qapıçıya isə sarı vərəqə göstərib.

 

Ancaq “Qarabağ”lı futbolçuların şiddətli etirazı və hakimin köməkçilərinin işə qarışması referi fikrini dəyişdirib. O, qapıçıya verdiyi sarı vərəqəni də ləğv edib.

 

Redaksiyadan qeyd: Epizodun teletəkrarına baxarkən vəziyyətin penalti olmadığı görünür. “Qarabağ”ın qapıçısı İbrahim Şehiç Osegeylə toxunmur. Hakim gec də olsa, doğru qərar verib. 

Xəbər lenti