Azərbaycan Basketbol Liqasında yarımfinal həyəcanı başlayır
07.05.2024 - 10:18
Azərbaycan Basketbol Liqasında yarımfinal həyəcanı başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk görüşdə "Sabah" və "Xırdalan" komandaları qarşılaşacaqlar.

"Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 19:30-da başlayacaq. Tərəflər arasında ikinci görüş mayın 10-da keçiriləcək. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də baş tutacaq.

Qeyd edək ki, 8 mayda isə bu mərhələnin digər cütü "NTD-İndiqo" və "Xəzri" münasibətlərə aydınlıq gətirəcəklər.

0