“Qarabağ”ın yarımmüdafiəçisi Vild-Donald Gerye klubunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytı xəbər verir ki, Haiti millisinin üzvü instaqram səhifəsi vasitəsilə Azərbaycanda qalacağını vurğulayıb.
İtaliya mətbuatı dünən Geryenin karyerasını A seriyasında davam etdirməyə çox yaxın olduğunu və menecerinin ordakı klublardan biri ilə danışıq apardığını dərc etmişdi.
Lakin 29 yaşlı cinah oyunçusu “Qarabağ”la olan müqaviləsinə sadiq qalacağını bildirib: “İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim “Qarabağ”la daha bir illik müqaviləm var”.
Qeyd edək ki, Vild-Donald Gerye “Qarabağ”a ötən yayda “Alanyaspor”dan keçib.