23 Noyabr 01:20 “Hakimdən ağılsız qərar” – İngiltərə mətbuatı
FUTBOL xəbərləri 23 Noyabr 01:20
6705 baxış

“Hakimdən ağılsız qərar” – İngiltərə mətbuatı

Çempionlar Liqasının qrup mərhələsinin V turunda doğma meydanda “Çelsi” ilə qarşılaşan “Qarabağ” böyükhesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, görüşün 18-ci dəqiqəsində portuqaliyalı hakim Manuel De Souzanın verdiyi penalti qərarı və Rəşad Sadıqova göstərdiyi qırmızı vərəqə geniş müzakirələrə səbəb olub.

 

Referinin şübhəli qərarı hətta Britaniya mətbuatının da diqqətini çəkib. Məşhur “The Sun” nəşri bu epizodu oxucularına “Ağılsız qərar” kimi təqdim edib. Portalda yer alan məqalədə sözügedən epizodda hakimin çox “yumşaq” penalti verdiyi və qırmızı vərəqənin çox ağır qərar olduğu qeyd edilib.

 

Maraqlıdır ki, bu qərar hətta “Çelsi” azarkeşlərinin də etirazına səbəb olub. Onlar sosial şəbəkələrdə bu cür “köməyə” ehtiyaclarının olmadığını bildiriblər.

Xəbər lenti