[b]Hakimlər Komitəsində yeni sədr - FOTO[/b]
17.02.2017 - 17:02
[b]Hakimlər Komitəsində yeni sədr - FOTO[/b]

Səudiyyə Ərəbistanında hakimliyin səviyyəsini qaldırmaq yönündə orijinal çıxış yolu tapılıb. Apasport.az saytının məlumatına görə, asiyalılar Azərbaycanda müzakirə olunduğu kimi əcnəbi hakim gətirmək deyil, daha qlobal addamı zəruri hesab edib.

 

Bu ölkənin futbol federasiyası birbaşa Hakimlər Komitəsinə legioner cəlb edib. Ötən il dünyanın ən yaxşı hakimi seçilən Mark Klattenburq Səudiyyə Ərəbistanında bu komitəyə rəhbərlik edəcək.

 

İngiltərəli ədalət təmsilçisinin ildə 1 milyon dollar qazanacağı iddia edilir.

0