[b]Halldorson forma nömrəsini seçdi[/b]
05.07.2018 - 18:34
[b]Halldorson forma nömrəsini seçdi[/b]

“Qarabağ”ın yeni transferi Hannes Halldorsson forma nömrəsini seçib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı klubun feysbuk səhifəsi yayıb.

 

Bildirilir ki, İslandiya millisinin üzvü Ağdam təmsilçisində 1 nömrəli formanı geyinəcək. “Randers” klubundan transfer olunan 34 yaşlı qolkiperi 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Halldorssonla yanaşı, hələlik Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir və Simeon Slavçevi heyətinə qatıb.

0