17 Fevral 18:08 “Hər addımı atanda dərindən ölçüb-biçirik” – Roman Qriqorçuk
FUTBOL xəbərləri 17 Fevral 18:08
331 baxış

“Hər addımı atanda dərindən ölçüb-biçirik” – Roman Qriqorçuk

“Əvəzetmələrin hesabına qalib gəldiyimizi deyə bilmərik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan Premyer Liqasının XVI turunda “Zirə”ni qəbul edən “qırmızı-qaralar” 2:1 hesablı qələbə qazanıblar.

 

Matçdan sonra mətbuat konfransı keçirən ukraynalı mütəxəssis bu fikirləri səsləndirib: “Oyunçu dəyişikliklərindən sonra meydanda olan heyətin daha düzgün oynadığını söyləmək mümkündü. Onlar bizə lazım olan kimi oynadılar. Bu da ikinci hissədə də bizim üsluba, yanaşmamıza uyğun idi. Bütün bunlar nəticədə təsdiqini tapdı. Biz də müqayisə üçün məlumat əldə etdik ki, necə etmək lazımdı, necə lazım deyil. Vojislav Stankoviçin yoxluğunda Ürfan Abbasovun mərkəz müdafiəçisi mövqeyində yer almasına gəlincə, biz hər addımı atanda dərindən ölçüb-biçirik. Bundan sonra qərar veririk. Belə olanda heç vaxt sonradan peşman olmursan. Çünki məsələylə bağlı çox düşünmüsən. Heç kim deyə bilməz ki, başqa cür olsaydı, necə nəticələnərdi. Düşünürəm ki, çox düzgün etmişik. Təmkin Xəlilzadə hələ komandaya tam adaptasiya olmayıb. Bunun üçün ona vaxt lazımdı. Bununla bağlı narahat deyilik. Mən ona inanıram. Düşünürəm ki, müəyyən müddətdən sonra bizim üsluba, bizim yanaşmaya uyğun oynayacaq”.

 

gabalafc.az