[b]“Hollandiya və Türkiyədən təkliflər alıram” – millimizin legioneri[/b]
16.07.2018 - 21:22
[b]“Hollandiya və Türkiyədən təkliflər alıram” – millimizin legioneri[/b]

Azərbaycanın gənclərdən ibarət milli komandasının futbolçusu Ozan Can Kökcü hədəflərini açıqlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi “Bursaspor”da möhkəmlənmək barədə düşünür.

 

Kökcü gələcəkdə Avropanın aparıcı ölkələrinə yollanmaq arzusunu da gizlətməyib: “Baş məşqçimiz Samet Aybaba bir təkbətək görüşüm olmayıb. Amma gənclərə önəm verən mütəxəssisdi. Onun gəlişi bizə şans yaratdı. Ümid edirəm ki, uzun illər “Bursaspor”a xidmət edərəm. Ondan sonrakı arzum Avropadı. Hollandiya və Türkiyədən transfer təklifləri alıram. Ancaq mənim hədəfim “Bursaspor”un formasını geyinməkdi. Getməyə heç niyyətim yoxdu. Özümü Türkiyədə ən yaxşı şəkildə göstərmək istəyirəm. Burda futbolçuların çoxunun türk olması mənim üçün də üstünlükdü. Eyni dil, eyni mədəniyyət olduğundan, dialoq qurmaqda problem yaranmır”.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Valveyk”də keçirən Ozan Can Kökcü hazırda “Bursaspor”un heyətində növbəti mövsümə hazırlaşır.

0