16 Avqust 18:47 İbrahim Şehiç “Qarabağ”dan ayrılır
FUTBOL xəbərləri 16 Avqust 18:47
4600 baxış

İbrahim Şehiç “Qarabağ”dan ayrılır

Bosniya və Herseqovina milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mehmet Bajdareviç növbəti oyunlara 30 futbolçu çağırıb.

 

Bu siyahıda “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də yer alıb. O, milliyə dəvət alan 5 qolkiperdən biridi.

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığması DÇ-2018-in seçmə mərhələsində avqustun 31-də səfərdə Kipr, sentyabrın 3-də Cəbəllütariqlə qarşılaşacaq. 

Xəbər lenti