[b]İliya Stolitsa "Qarabağ"ı çətin rəqib adlandırdı [/b]
18.07.2018 - 23:12
[b]İliya Stolitsa "Qarabağ"ı çətin rəqib adlandırdı [/b]

“Hər iki komanda bərabər gücdə mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Olimpiya”nın baş məşqçisi İliya Stolitsaya məxsusdu.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın qonağı olan Sloveniya klubu qolsuz bərabərliklə kifayətlənib. İlk görüşdə öz meydanında (0:1) məğlub olan “Olimpiya” ÇL-lə vidalaşıb.

 

Bununla, lyublyanalılar mübarizəni Avropa Liqasında davam etdirəcəklər. Matçdan sonrakı mətbuat konfransında Stolitsanın şərhi belə olub: “İlk mərhələ üçün çətin rəqib düşmüşdü. “Qarabağ” iki oyunda 1 qol vurub, üstünlüyünü qorudu. Futbolçularım bu gün əllərindən gələni etdi. Bu səviyyədə mübarizə aparmaq bizə növbəti mərhələlərdə kömək olacaq”.
 

- İkinci hissədə çox aqressiv idiniz. Bu, komandanızın oyunu ilə, yoxsa hakimin idarəçiliyinə narazılıqla bağlı idi?

- Oyunun gətirdiyi emosiyalardan əlaqəli ola bilər. Amma xüsusi bir halın qeydə alındığını söyləmək olmaz.

 

- Bəlkə daha çox risk ala bilərdiniz...

- 3-cü dəyişiklik hücumu gücləndirmək məqsədi ilə edilmişdi. Digəri məcburi idi. Üzücü məqam iki oyunda bir həlledici səhvin ümumi nəticəyə təsir etməsi oldu.

0