19 Fevral 18:39 İquainin durumuna aydınlıq gəldi
FUTBOL xəbərləri 19 Fevral 18:39
280 baxış

İquainin durumuna aydınlıq gəldi

“Yuventus” ciddi itki ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Qonzalo İquain sıradan çıxıb.

 

Belə ki, argentinalı forvard A seriyasının XXV turunda “Torino” ilə səfər matçında zədələnib. Qarşılaşmanın 15-ci dəqiqəsində əvəzlənən ulduz futbolçunun durumuna aydınlıq gəlib. Sol ayağında ağrıları olan İquainin vəziyyətinin ciddi olmadığı və cəmi 1 həftə komandadan ayrı qalacağı bildirilib.

 

Qeyd edək ki, “Yuventus” Aleks Sandronun yeganə qolu sayəsində “Torino”nu səfərdə məğlub edib.