14 Dekabr 09:42 İtaliya kubokunda Milan derbisi
FUTBOL xəbərləri 14 Dekabr 09:42
380 baxış

İtaliya kubokunda Milan derbisi

İtaliya kubokunun 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Apasport.az saytı xəbər verir ki, “İnter”in ardınca “Milan” və “Fiorentina” klubları da növbəti mərhələyə adlayıb.

 

“Verona” ilə qarşılaşan “rossonyerlər” asan qələbəyə seviniblər. “Fiorentina” isə “Sampdoriya”nı çətinliklə üstələyib.

 

Mərhələnin digər oyunları bu gün, 19 və 20 dekabr tarixlərində keçiriləcək.

 

Qeyd edək ki, ¼ finalda Milan derbisi olacaq. Şəhərin eyniadlı komandası ilə “İnter”in dueli dekabrın 27-də keçiriləcək.

 

 

İtaliya kuboku

1/8 final

 

12 dekabr

“İnter” – “Pordenone” – 0:0 (penaltilərlə 5:4)

 

13 dekabr

“Milan” – “Verona” – 3:0

Qollar: Suso, 23; Romanyoli, 30; Kutrone, 55

 

“Fiorentina” – “Sampdoriya” – 3:2

Qollar: Babakar, 2; Veretut, 59 (pen.), 90 (pen.) – Barreto, 39; Ramires, 77 (pen.)

 

14 dekabr

00:00 “Latsio” – “Çittadella”

 

19 dekabr

00:00 “Napoli” – “Udineze”

 

20 dekabr

18:00. “Atalanta” – “Sassuolo”

20:30. “Roma” – “Torino”

23:45. “Yuventus” – “Cenoa”