25 May 12:03 “Keşlə”də yeni müqavilə
FUTBOL xəbərləri 25 May 12:03
782 baxış

“Keşlə”də yeni müqavilə

Azərbaycan kubokunun final matçına hazırlığını davam etdirən “Keşlə” digər tərəfdən də gələn mövsümün heyətini formalaşdırmağa çalışır. Apasport.az saytının məlumatına görə, paytaxt klubu daha bir oyunçu ilə yeni müqaviləni razılaşdırıb.

 

Belə ki, hücumçu Andre Klennondan sonra yarımmüdafiəçi Vaqif Cavadovla da ilkin danışıqlar müsbət nəticələnib. Yamaykalı forvard kimi, Cavadov da yeni 1 illik sazişə qol çəkməyə razılıq verib.

 

Ümumiyyətlə, baş məşqçi Yuri Maksimovla yanaşı, komandanın özəyini saxlamağı planlaşdıran klub rəhbərliyi aparıcı futbolçularla danışıqları davam etdirir.