[b]“Keşlə”dən rəsmi bəyanat: Rəhbərliklə görüş keçirilib...[/b]
16.07.2018 - 22:51
[b]“Keşlə”dən rəsmi bəyanat: Rəhbərliklə görüş keçirilib...[/b]

“Keşlə” klubu baş məşqçi Yuri Maksimovun istefasını təsdiqləyib. Apasport.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə rəsmi bəyanat yayıb.

 

Bildirilir ki, ukraynalı mütəxəssislə klub rəhbərliyi arasında görüş keçirilib. Danışıq zamanı tərəflər yolların ayrılması barədə ortaq razılığa gəliblər.

 

Qeyd edək ki, komandanı Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”la cavab oyununa köməkçi məşqçi Zaur İsmayılov çıxaracaq.

0