[b]“Keşlə”nin rəqibində islahat: 6-sı getdi, 8-i gəldi[/b]
25.06.2018 - 11:10
[b]“Keşlə”nin rəqibində islahat: 6-sı getdi, 8-i gəldi[/b]

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Baltsan” heyətində ciddi dəyişikliklərə əl atıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Malta təmsilçisi 6 oyunçu ilə yollarını ayırıb.

 

Bunlar İvan Yanyuşeviç, Bruno de Oliveyra, Kliv Brinkat, Rayan Feneç, Pol Feneç və Terens Agiusdu. Adıçəkilən oyunçuları yola salan “Baltsan” yaranmış boşluğu artıqlaması ilə doldurub. Belə ki, Marko Miçoviçin komandasına 8 futbolçu qoşulub. Yeni transferlərdən 4-ü əcnəbidi. Bunlar - müdafiəçilər Rikardo Kaliksto (Uruqvay), Antonio Mitrev (Makedoniya), yarımmüdafiəçi Nenad Şlyiviç və hücumçu Andriya Maydevaçdı (hər ikisi Serbiya).

 

Bundan əlavə “Baltsan” yerli futbolçularla da güclənib. Qapı xəttinə Stiv Sultana, yarımmüdafiəyə Sin Kipriot, Neil Frendo, hücuma isə Deyl Kamilyeri alınıb. Maraqlıdı ki, sonuncu eyni zamanda futzalla məşğuldu.

 

Qeyd edək ki, “Balzan”la “Keşlə” arasında ilk oyun iyulun 12-də Maltada, cavab qarşılaşması isə ayın 19-da Azərbaycanda keçiriləcək.

0