13 Fevral 18:32 Keyhillə toqquşdu, 1 ildən sonra karyerasını bitirdi
FUTBOL xəbərləri 13 Fevral 18:32
286 baxış

Keyhillə toqquşdu, 1 ildən sonra karyerasını bitirdi

“Hall Siti”nin yarımmüdafiəçisi Rayan Meyson karyerasını bitirmək qərarına gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi 27 yaşını tamamlamış butslarını mismardan asmağa qərar verib.

 

Buna Meysonun başından aldığı zədə səbəb olub. Ötən il yanvarın 22-də keçirilən oyunda “Çelsi”nin müdafiəçisi Qari Keyhillə mübarizədə başından xəsarət alan Meyson nevroloq və neyrocərrah tərəfindən müalicə olunsa da, həkimlər ona futbolçu karyerasını bitirməyi məsləhət görüblər.

 

Meyson “Hall Siti”dən əvvəl “Tottenhem”in də formasını geyinib. O, 2015-ci ildə debüt etdiyi İngiltərə yığmasında 1 oyun keçirib. 

Xəbər lenti