12 Fevral 15:00 Kim gəldi, kim getdi? - YENİLƏNİB
FUTBOL xəbərləri 12 Fevral 15:00
63550 baxış

Kim gəldi, kim getdi? - YENİLƏNİB

Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da qış “transfer pəncərəsi” bağlanıb. Apasport.az saytının məlumatına görə, bəzi klublarımız bu dönəmi o qədər də fəal keçirməyiblər.

 

“Qarabağ”, ümumiyyətlə, heyətinə heç kimi qatmayıb. “Qəbələ” və “Sumqayıt” da transfer məsələsində passiv olublar.

 

Ancaq digər 5 komandada – “Zirə”, “Neftçi”, “Səbail”, “Keşlə” və “Kəpəz”də dövrələrarası fasilə hərəkətli keçib. Adıçəkilən klublar mövsümün ikinci yarısına yenilənmiş heyətlə başlayıblar.

 

“Qarabağ”

Gələn: Yoxdu

Gedənlər: İbrahim Aslanlı ("Zirə"), Elşən Abdullayev ("Zirə": icarəyə), Dino Ndlovu (“Xançjou Qrintaun”, Çin), Tarik Elyunussi ("Olimpiakos", Yunanıstan: icarə müddəti başa çatıb)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Qəbələ”

Gələnlər: Təmkin Xəlilzadə ("Zirə"), Ramil Həsənov ("Sumqayıt": icarədən qayıdıb), Yusif Nəbiyev ("Zirə": icarədən qayıdıb)

Gedənlər: Roman Hüseynov ("Kəpəz": icarəyə), Tellur Mütəllimov ("Zirə"), Endi Hallidey ("Reyncers", Şotlandiya: icarə müddəti başa çatıb), Ülvi İsgəndərov ("Sumqayıt": icarəyə), Deyv Bulthuis (“Herenven”, Hollandiya), Ramil Həsənov ("Xəzər": icarəyə), Ekiqo Ehiosun

Müqavilə müddətini artıran: Vojislav Stankoviç

 

“Zirə”

Gələnlər: İbrahim Aslanlı ("Qarabağ"), Elşən Abdullayev ("Qarabağ": icarəyə), Mirsahib Abbasov ("Keşlə": icarəyə), Tellur Mütəllimov ("Qəbələ"), Comal Evans Uilyams ("Murselaqos", Meksika: icarəyə), Yani Urdinov ("Bohemians", Çexiya: icarəyə), Aleksandr Dedov ("Milsami", Moldova)

Gedənlər: Murad Səttarlı (“Kəpəz”), Nicat Qurbanov ("Sumqayıt"), Qabriel Matey ("Bruk-Bet Termalitsa", Polşa), Təmkin Xəlilzadə ("Qəbələ"), David Manqa ("Hapoel Aşkelon", İsrail), Yusif Nəbiyev ("Qəbələ": icarə müddəti başa çatıb)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Sumqayıt”

Gələnlər: Elnur Abdullayev (“Keşlə”), Nicat Qurbanov ("Zirə"), Ülvi İsgəndərov ("Qəbələ": icarəyə)

Gedən: Ramil Həsənov ("Qəbələ": icarə müddəti başa çatıb)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Neftçi”

Gələnlər: Təyyar Məmmədov ("Səbail": icarədən qayıdıb), İlkin Qırtımov ("Keşlə"), Fərid Abbaslı ("Binə"), Fransisko Xavyer Qarsiya ("Serro Portenyo", Paraqvay), Lukas Qomez ("Deportivo Lara", Venesuela), Mayk Kampaz (UCR, Kosta-Rika)

Gedənlər: Pavel Dreksa (“Karvina”, Çexiya: icarə müddəti başa çatıb), Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Səbail"), Fəhmin Muradbəyli (“Səbail”: icarəyə), Məqsəd İsayev ("Keşlə"), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi "Sabah": icarəyə), Tərzin Cahangirov ("Kəpəz"), Edson Kastilyo ("Mineros", Venesuela), Uqo Barqas ("Bluminq", Boliviya), Daniel Seqoviya

Müqavilə müddətini artıran: Yoxdu

 

"Səbail"

Gələnlər: Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Fəhmin Muradbəyli (“Neftçi”: icarəyə), Kərim Diniyev ("Kəpəz"), Yevgeni Koçuk ("Jilina", Slovakiya: icarəyə), Nikoloz Apakidze ("Rustavi", Gürcüstan), Vahit Orazsaxedov ("Axal", Türkmənistan), Ruslan Əmircanov

Gedənlər: Təyyar Məmmədov ("Neftçi": icarə müddəti başa çatıb), Tanrıverdi Məhərrəmli ("Xəzər"), Emin Mehdiyev, Seymur Əsədov, Raul Yaqubzadə (hamısı "Sabah": icarəyə), Yamin Ağakərimzadə, Murad Musayev (hər ikisi "Şüvəlan"), Amit Quluzadə ("Drita", Kosovo), Adrian Popoviçi ("Poli", Rumıniya), Eqdaras Jarskis

Müqavilə müddətini artıran: Yoxdu

 

“Keşlə”

Gələnlər: Yuri Maksimov (baş məşqçi), Məqsəd İsayev ("Neftçi"), Kamran Ağayev ("Mlada", Çexiya), Pablo Podio ("Fastav", Çexiya: icarəyə), Herve Tçami ("Hajer", Səudiyyə Ərəbistanı), Nemanya Stoyanoviç ("Qarabağ", Vyana, Avstriya), Ebrima Sohna, Andre Klennon (hər ikisi VPS, Finlandiya), Vaqif Cavadov, Sezar Meza Kolli

Gedənlər: Ramiz Məmmədov (baş məşqçi), Elnur Abdullayev (“Sumqayıt”), Samir Zərgərov ("Kəpəz"), Mirsahib Abbasov ("Zirə"), İlkin Qırtımov ("Neftçi"), Nizami Hacıyev, Mirhüseyn Seyidov (hər ikisi futboldan uzaqlaşdırılıb)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Kəpəz”

Gələnlər: Murad Səttarlı (“Zirə”), Roman Hüseynov ("Qəbələ": icarəyə), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Sergey Litovçenko ("Dinamo", Tbilisi, Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah"), Dario Federiko ("Sonnam", Cənubi Koreya), Tural Nərimanov ("Şüvəlan"), Şahdon Vinçester ("Murselaqos", Meksika), İqor Korotetski ("Avanqard", Ukrayna), Dieqo Souza

Gedənlər: Aydın Qasımov, Novruz Məmmədov (hər ikisi "Xəzər"), Kərim Diniyev ("Səbail"), Azad Kərimov (MOİK), Ruzi Qiyaslı, Məhəmməd Qurbanov (hər ikisi "Sabah"), Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl, Azər Məmmədov, Sergey Çernışev

Müqavilə müddətini artıran: Yoxdu

Xəbər lenti