26 May 01:03 Klyuvert İtaliyaya köçür
FUTBOL xəbərləri 26 May 01:03
488 baxış

Klyuvert İtaliyaya köçür

Transfer çalışmalarını davam etdirən “Roma” “Ayaks”ın hücumçusu Justin Klyuverti heyətinə qatmağa çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, romalılar Hollandiya klubu ilə danışıqlara başlayıb.

 

“Roma” 19 yaşlı oyunçunun transferi üçün qarşı tərəfə 20 milyon avro təklif edib. Yayılan xəbərə görə, Amsterdam təmsilçisi transferə ilkin razılığını verib. Hətta Klyuvertin də italyanlarla anlaşdığı bildirilir. Keçid baş tutarsa, Patrik Klyuvertin oğlunun “Roma”da illik məvacibi 1,5 milyon avro olacaq.

 

Qeyd edək ki, Justin Klyuvert 2016-cı ildən “Ayaks”ın əsas komandasında çıxış edir.

Xəbər lenti