19 May 11:53 Kubokun finalına itkilərlə çıxacaq
FUTBOL xəbərləri 19 May 11:53
403 baxış

Kubokun finalına itkilərlə çıxacaq

Almaniya kubokunun finalında “Ayntraxt”la qarşılaşacaq “Bavariya” oyuna ciddi itkilərlə çıxacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bir neçə aparıcı oyunçu bugünkü qarşılaşmanı buraxacaq.

 

Belə ki, müdafiəçi Jerom Boatenq və yarımmüdafiəçilər Arturo Vidalla Aryen Robben zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər. Əvəzində səhhətindəki problemi düzələn yarımmüdafiəçi Tomas Müller sıraya dönüb. Həmçinin kapitan Manuel Noyer də iştirak ərizəsinə salınıb. Lakin baş məşqçi Yupp Haynkes təcrübəli qapıçını meydana buraxmayacağını söyləyib.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Bavariya” – “Ayntraxt” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.