[b]“Kukesi” ilə oyunlara da qələbə üçün çıxacağıq” – Abdullah Zubir[/b]
19.07.2018 - 01:34
[b]“Kukesi” ilə oyunlara da qələbə üçün çıxacağıq” – Abdullah Zubir[/b]

 “Çətin rəqibə qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.

 

O, Çempionlar Liqasının I təsnifat mərhələsinin “Olimpiya” ilə qarşılaşması (0:0) barədə fikirlərini açıqlayıb: “Qarşılaşma çətin keçdi. Bilirdik ki, mərhələ keçmək üçün qol buraxmamalıyıq. Birinci hissədə çox çətin olsa da, istəyimizə çatdıq. Burdakı ab-havadan məmnun qaldım. İlk qarşılaşma yaxşı təəssürat yaratdı. Azarkeşlərin dəstəyi çox gözəl idi. Hər epizodda qapıya zərbə vurmaq üçün imkan olmur. “Kukesi” ilə oyunlara da qələbə üçün çıxacağıq. Bu mərhələni də keçmək üçün bizə nəticə lazımdır”.

 

 

 

0