[b]Kurban Berdıyevin ən sevimli oyunçularından biri Azərbaycandadı[/b]
19.02.2018 - 21:45
[b]Kurban Berdıyevin ən sevimli oyunçularından biri Azərbaycandadı[/b]

Rusiya mətbuatı məşhur məşqçi Kurban Berdıyevin ən sevimli oyunçularından ibarət siyahı hazırlayıblar. Apasport.az saytının məlumatına görə, sözügedən siyahıya 12 futbolçu daxil edilib.

 

Belə ki, ən az iki klubda türkmən çalışdırıcının rəhbərliyi altında oynamış futbolçulardan biri də “Səbail”in yeni transferi Vaxıt Orazsaxedovdur. 2008-ci ildə 16 yaşında Berdıyevin şəxsi istəyi ilə “Rubin”ə keçən hücumçu cəmi 2 matçda oynamaq imkanı qazandı. Ardınca “Neftximik”, “Daçiya” və “Osmanlıspor”da çıxış etmiş Vaxıtın yolu həmyerlisi ilə növbəti dəfə 2015-ci ildə “Rostov”da kəsişib. Yarım mövsümdə Berdıyev ona bir dəfə də meydana çıxmağa imkan verməyib.

 

Image result for Вахыт Оразсахедов Бердыев

 

Qeyd edək ki, türkmənistanlı çalışdırıcının sevimliləri arasında göstərilən digər oyunçular isə Kristian Noboa, Sezar Navas, Aleksandr Buxarov, Aleksandr Qatskan, Serdar Azmun, Soslan Canayev, Dmitri Torbinski, Fyodr Kudryaşov, Aleksey Rebko, Mixail Platika və Nika Kaçaravadır.

0