[b]La Liqa klubunda yeni baş məşqçi[/b]
25.09.2017 - 17:23
[b]La Liqa klubunda yeni baş məşqçi[/b]

“Vilyarreal” klubunda baş məşqçisi dəyişikliyi reallaşıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Fran Eskriba ilə yollar ayrılıb.

 

Mövsümə uğursuz start götürən komandanın La Liqanın VI turunda “Xetafe”yə böyükhesablı məğlubiyyəti (0:4) rəhbərliyin səbr kasasını daşırıb. Bu gün rəhbərlik 52 yaşlı mütəxəssisi istefaya göndərdiyini bəyan edib. Çox keçmədən isə yeni baş məşqçinin adı açıqlanıb. Klub bu posta əvəzedicilərin çalışdırıcısı Xavi Valyexanı gətirib. Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, 6 turdan sonra “Vilyarreal” 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

0