[b]“Liverpul”un yeni “10”u[/b]
20.07.2018 - 20:07
[b]“Liverpul”un yeni “10”u[/b]

Sadio Mane yeni mövsüm “Liverpul”un heyətində fərqli nömrə ilə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, seneqallı futbolçu “qırmızılar”ın 10 nömrəli formasını geyinəcək.

 

Bundan əvvəl 10 nömrəli formanı “Livrpul”u “Barselona”ya dəyişən Koutinyo geyinirdi. Mane isə ötən mövsümü 19 nömrə ilə keçirmişdi.

 

Qeyd edək ki, “Liverpul” rəhbərliyi yeni mövsüm üçün Manenin 19 nömrəli formalarını almış azarkeşlərə güzəşt edərək ödənişsiz olaraq nömrələri dəyişdirmək imkanı yaradıb.

0