[b]Luis Enrike İspaniya millisini çalışdıra bilər[/b]
13.06.2018 - 11:05
[b]Luis Enrike İspaniya millisini çalışdıra bilər[/b]

İspaniya millisində yeni baş məşqçi axtarışları davam edir. Apasport.az saytının “Sport” nəşrinə istinadən məlumatına görə, “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrike yığmanın başına keçə bilər.

48 yaşlı mütəxəssis İspaniya millisində çalışmağın əleyhinə deyil.

Luis Enrike ilə yanaşı, “Malaqa”nın sabiq məşqçisi Miçel də potensial namizədlərdən biridi.

Qeyd edək ki, 2014-17-ci illərdə “Barselona”nı çalışdıran Luis Enrike bu müddət ərzində 9 kubok qazanıb.

0