[b]Maldini “Milan”a qayıdır[/b]
10.07.2018 - 14:01
[b]Maldini “Milan”a qayıdır[/b]

“Milan”ın sabiq kapitanı Paolo Maldini tezliklə kluba qayıda bilər. Apasport.az saytının “Milan News”a istinadən məlumatına görə, onun yeni strukturda vəzifə tutacağı bildirilir.

 

“Elliot Management” fondu hazırda klubun rəhbər postlarına yeni namizədlər axtarışındadı. Siyahıda Maldinin də adı yer alıb. Sabiq futbolçuya komandada texniki direktor postunu tutmaq təklif olunub.

 

Qeyd edək ki, Maldini futbolçu kimi bütün karyerasını “Milan”da keçirib.

0