[b]Meksikanın qələbəsi qana boyandı: 11 ölü[/b]
24.06.2018 - 14:49
[b]Meksikanın qələbəsi qana boyandı: 11 ölü[/b]

Meksika DÇ-2018-də mübarizəni davam etdirsə, ölkədən xoş olmayan xəbərlər gəlir. Apasport.az saytının məlumatına görə, Syudad-Xuares şəhərində futbola matçını izləyən 6 azarkeş qətlə yetirilib.

 

Yerli mətbuat xəbər verir ki, faciə fanatlar Meksika – Cənubi Koreya matçını izləyən zaman baş verib. Silahlı hücumdan 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Bu, həmin gün yeganə insident olmayıb. Fanatların toplaşdığı başqa məkanda da insanlar da güllələnib. Orada isə 5 nəfərin öldüyü bildirilir. Hələlik cinayətkarları tutmaq mümkün olmayıb.

 

Qeyd edək ki, Syudad-Xuares dünyanın ən kriminal şəhərlərindən hesab olunur.

0