[b]“Məqsədimiz qrupa düşmək idi” – Bahodir Nasimov[/b]
20.07.2018 - 00:54
[b]“Məqsədimiz qrupa düşmək idi” – Bahodir Nasimov[/b]

“Özümüz günahkarıq, başlanğıcda qol vurmalıydıq. İlk hissədə hesab 2:0 olsaydı, bizə də rahat olardı. Sonradan fərqləndik deyə, irəli atılıb, qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında “Baltsan” üzərində 2:1 hesablı qələbdən sonra “Keşlə”nin hücumçusu Bahodir Nasimov deyib.

 

Özbəkistanlı futbolçu bildirib ki, səfərdə 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları üçün məyusdular: “Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi. Amma uduzduq. Bundan sonra çempionata hazırlaşacağıq. Həyat davam edir. Bütün gücümüzü Azərbaycan çempionatına qoyacağıq. Cavab görüşündə 3:0 hesabı ilə qalib gəlməyi düşünürdük. Amma alınmadı. Çox sayda qol vəziyyətləri yaratdıq. Rəqib bir zərbə vurdu, o da qol oldu".

 

Nasimov "Keşlə"yə transferindən də danışıb: “Komandaya yeni qoşulmuşam. Tezliklə uyğunlaşmaq istəyirəm. Azərbaycana dönmüşəm. “Neftçi”dəki kimi özümü göstərməli, “Keşlə”yə kömək etməliyəm”.

0