21 Sentyabr 01:08 Milli oyunçu dubl etdi, komandası növbəti mərhələdə
FUTBOL xəbərləri 21 Sentyabr 01:08
597 baxış

Milli oyunçu dubl etdi, komandası növbəti mərhələdə

Futbol üzrə Türkiyə Kubokunda III təsnifat mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” da turnirdə ilk matçına çıxıb.

 

“Yaşlı timsahlar” aşağı liqa təmsilçisi “Tarsus İdman Yurdu" ilə qarşılaşıb. Komanda inamlı qələbə ilə (4:0) və növbəti mərhələyə vəsiqə qazanıb.

 

Matça start heyətində başlayan və 90 dəqiqə meydanda olan Dəniz dublla yadda qalıb.

 

Xəbər lenti