11 Dekabr 14:56 Millimiz Gürcüstanla qarşılaşacaq
FUTBOL xəbərləri 11 Dekabr 14:56
1471 baxış

Millimiz Gürcüstanla qarşılaşacaq

Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2018-ci ildəki yoxlama oyunları üçün ilk rəqib bəllidi.

 

Bu, qonşu Gürcüstan yığmasıdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qonşularımızla təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq.

 

Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesində keçiriləcək matç 2018-ci il fevralın 2-də baş tutacaq.

 

Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq.

 

Mənbə: affa.az