Kroos AVRO-2024-dən sonra təqaüdə çıxa bilər
07.05.2024 - 17:17
Kroos AVRO-2024-dən sonra təqaüdə çıxa bilər

"Real Madrid"in futbolçusu Toni Kroosun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az xəbər verir ki, almaniyalı hələ də klubla sözləşməsinin daha bir il uzadılması təklifinə cavab verməyib.

Məlumata görə, Kroos hazırda AVRO-2024-dən sonra təqaüdə çıxmaq istəyir.

Qeyd edək ki, 34 yaşlı futbolçunun "Real"la hazırkı müqaviləsi iyunun sonunda başa çatacaq.

0