[b]Millimiz niyə geriləmədi? – FİFA reytinqi [/b]
21.07.2018 - 12:01
[b]Millimiz niyə geriləmədi? – FİFA reytinqi
[/b]

İyulun 19-da açıqlanmalı olan milli komandaların FİFA reytinqi avqustun 16-na təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna qurumun hesablama sistemində tətbiq etdiyi yeniliklər səbəb olub.

 

Belə ki, yeni cədvəl fərqli metodla hesablanacaq. Avropalı həmkarlarımız siyahını köhnə üslubla tərtib edib və yeniliyin olmayacağı halda mümkün olan sıralamanı açıqlayıb.

 

Yeni sistemlə bağlı ehtimallardan fərqli köhnə metod cədvəldə böyük dəyişikliklər yaradacaqdı. Buna Rusiyada keçirilən DÇ-2018, həmçinin mundial öncəsi keçirilən yoxlama matçları səbəb olmalı idi.

 

Yeni reytinqdə yerdəyişməsi gözlənilməyən Azərbaycan yığması əvvəlki qaydalarla mövqeyini dəyişəcəkdi. İyunun 7-dən sonrakı 6 həftəlik hesabat dövründə bir matça çıxan Qurban Qurbanovun yetirmələri Latviyanı 3:1 hesabı ilə məğlub edib. Təzə metoda xal hesabı dəyişməz qalan komandamız 321 xalla təxmini siyahının 105-ci pilləsində qalmalıdı. Amma köhnə hesablama qaydalarına görə xalımız 307-yə qədər azalacaqdı. Bu itki bir pillə geriləmə vəd edirdi. Amma qurumun əl atmaq istədiyi, amma hələlik təxirə saldığı addım komandamızı geriləməkdən xilas edib. FİFA yenilik etməsəydi, yığmamızın qonşularının da tərkibində ciddi dəyişikliklər ola bilərdi.

 

Millimiz və qonşuları

101 (79). Kanada – 315

102 (98). Qətər – 314

102 (108). KXDR – 314

104 (110). İordaniya – 313

105 (72). Salvador – 308

106 (105). Azərbaycan – 307

107 (117). Qazaxıstan – 304

108 (102). Vyetnam – 299

109 (107). Mavritaniya – 291

109 (113). Bəhreyn - 291

 

Əgər təzə metod ilk “onluq”da ciddi dəyişiklik vəd etmirsə, əvvəlki prinsiplərlə hesablama ciddi və daha məntiqəuyğun fərqlər yaradır. Burada mundialın uğursuzu Almaniya zirvəni əldən verəcək, çempion Fransa və finalçı Xorvatiya, həmçinin Uruqvayla İngiltərə böyük irəliləyişə nail olacaqdı. Yeniliklərsiz durumda liderliyə isə Braziliya yüksəlməliydi.

 

İlk “onluq”

1 (2). Braziliya - 1651

2 (7). Fransa – 1646

3 (3). Belçika – 1618

4 (20). Xorvatiya – 1420

5 (14). Uruqvay – 1304

6 (12). İngiltərə - 1284

7 (1). Almaniya – 1271

8 (6). İsveçrə - 1252

9 (10). İspaniya – 1232

10 (4). Portuqaliya - 1208

 

Əvvəlki hesablama qaydası millimizin Millətlər Liqasındakı rəqibləri - Kosovo, Farer adaları və Maltanın mövqeyinə də təsir edəcək. Hərçənd hesablama ilə bağlı dəyişikliklər rəqiblərimizin mövqeyində sabitliklə nəticələnməlidi.

 

Millimizin rəqibləri

92 (90). Farer adaları – 354

135 (141). Kosovo - 209

179 (184). Malta - 65

 

Qeyd edək ki, FİFA bu addımı atmasaydı, 3 addım geriləyəcək qonşu Türkiyə millisi 669 xalla 41-ci yerdə qərarlaşardı.

 

 

0