18 Oktyabr 09:37 Millimizə inanılmaz müjdə
FUTBOL xəbərləri 18 Oktyabr 09:37
1146 baxış

Millimizə inanılmaz müjdə

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən seçmə oyunlarında cəmi 1 xal toplayan komandamızın tur adlaması gözlənilməz olub.

 

Çünki ilk iki yerlə qarşılaşmalarda xal toplamayan yığmamızın beş ən yaxşı 3-cü yerin sahibi olması inandırıcı deyildi. Lakin öncə UEFA, ardınca AFFA-nın rəsmi saytı bu barədə xəbər dərc edib.

 

Qeyd edək ki, yığmamız İslandiyaya 0:2, İspaniyaya 0:3 uduzub və Monteneqro ilə bərabərə qalıb – 1:1.

 

Xəbər lenti