[b]Millimizə qarşı oynadı, “Olimpiya”ya keçdi[/b]
18.07.2018 - 14:47
[b]Millimizə qarşı oynadı, “Olimpiya”ya keçdi[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq “Olimpiya” transfer çalışmalarını da davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Sloveniya çempionu heyətinə daha bir oyunçu cəlb edib.

 

Belə ki, Polşanın “Termalika” klubunun müdafiəçisi Vitali Maksimenko Lyublyana klubuna transfer olunub. Latviya millisinin üzvü avrokubokların yalnız növbəti mərhələsində komandasına kömək edə biləcək. Maraqlıdı ki, Maksimenko ötən ayın 9-da millimizlə keçirilən yoldaşlıq görüşündə Latviya yığmasının heyətində (1:3) 90 dəqiqə meydanda olub.

 

“Olimpiya” həmçinin 15 yaşlı Marsel Ratniklə müqavilə bağlayıb.

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu 21:00-da start götürəcək. Lyublyanadakı ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

0