Mirça Rednik istefaya göndərildi
04.12.2011 - 19:49
Mirça Rednik istefaya göndərildi
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik bu postu tərk edib. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Premyer Liqanın XV turunun “İnter”lə matçından sonra vəzifəsindən ayrılıb.

Buna komandanın son vaxtlar göstərdiyi uğursuz oyunlar səbəb olub. “İnter”ə 0:1 hesablı məğlubiyyətlə qələbəsiz oyunlar seriyası 4-ə çatan “Xəzər Lənkəran” baş məşqçi postunda yenilik etməyi zəruri sayıb.
0