[b]Mövsümün siftəsi “Qarabağ”la gəldi[/b]
25.09.2017 - 09:47
[b]Mövsümün siftəsi “Qarabağ”la gəldi[/b]

Futbol üzrə Azərbaycan çempionatının 2017/18 mövsümündə ilk əzmkar qələbə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, VI turun “Sumqayıt”la görüşündə hesabda geri düşən “Qarabağ” oyunda dönüş yaradıb.

 

4:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi mövsümün ilk əzmkarlığının müəllifi olub. Bunadək əvvəlki 5 turda hesabı açan komanda uduzmamışdı.

 

Əyalət klubu həm də mövsümdə özünün ilk böyük hesablı qələbəsini əldə edib. Ümumiyyətlə, çempionatda ikinci dəfə bir komanda 3 və ya daha çox top fərqinə sevinib. Bunadək yeganə belə nəticə Yevlaxda qeydə alınmışdı. II turda “Zirə” “Kəpəz”i 3:0 hesabı ilə yenmişdi.

 

0