[b]“Napoli” rəqibi pressinqlə “öldürür” - Qvardiola[/b]
16.10.2017 - 18:53
[b]“Napoli” rəqibi pressinqlə “öldürür” - Qvardiola[/b]

“Napoli” çox yaxşı futbol oynayır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola deyib.

 

“Şəhərlilər” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlarını sabah öz meydanlarında “Napoli”yə qarşı keçirəcəklər.

 

Matçla bağlı “Sky Sport İtalia” nəşrinə açıqlama verən Qvardiola rəqibi tərifləyib: “Bu komandanı hardasa “Şaxtyor”a bənzədirəm. Yeganə fərq ondadı ki, “Şaxtyor” gözləyir, “Napoli” isə öz pressinqi ilə rəqibi “öldürür”. Onlara qarşı oynayacağımız üçün şadam. Azarkeşləri maraqlı qarşılaşma gözləyir”.

 

Qeyd edək ki, ilk 2 turdan sonra “Mançester Siti”nin 6, “Napoli”nin isə 3 xalı var.

0