[b]Nazarova 1 dəqiqə çatmadı, komandası səfərdə xal qazandı[/b]
17.02.2018 - 18:27
[b]Nazarova 1 dəqiqə çatmadı, komandası səfərdə xal qazandı[/b]

Alamaniya II Bundesliqasında XXIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun komandası “Erzgebirge” də növbəti matçına çıxıb.

 

Aue təmsilçisi səfərdə “Kiel”lə qarşılaşıb. Turnir cədvəlinin liderlərindən biri ilə görüş qollu heç-heçə ilə yekunlaşıb – 2:2.

 

Nazarov start heyətində meydana çıxdığı oyunda 89-cu dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 23 oyundan sonra aktivində 25 xal olan “Erzgebirge” 15-ci pillədə qarşılaşıb.

0